Kvest Oyunları Necə Oynanılır?
01
Macəranızı seçin
Oyunun əvvəlində sizə xüsusi bir hekayə və tapşırıq təqdim olunacaq. Bu sizin missiyanızdır! Diqqətlə dinləyin və nə etməli olduğunuzu anlayın. Əsas məqsədinizi yadda saxlayın – çünki hər şey onun ətrafında baş verəcək.


02
İpuclarını tapın və tapşırıqları həll edin
Yol boyu müxtəlif ipucları ilə qarşılaşacaqsınız. Bu ipucları toplamaq üçün diqqətli olun və tapmacaları həll edin. Hər bir həll sizi növbəti mərhələyə bir addım daha yaxınlaşdıracaq. Dostlarınızla birlikdə işləyərək daha tez irəliləyə bilərsiniz!
03
Missiyanı tamamlayın və qalib olun!
İpucları izləyərək və tapmacaları həll edərək oyunun son nöqtəsinə çatın. Son mərhələyə gəldikdə, hər şeyi bir araya gətirin və böyük finalı tamamlayın! 🎉

Kvest oyunları
Şah Festivalının Xilası
İçərişəhərin daş küçələrində bu dəfə hər şey daha ciddi, daha fərqlidir. Şah Şirdinin təşkil etdiyi böyük festival təhlükə altındadır. Bu festival adi bir tədbir deyil, Bakının ruhunun, onun ən dərin tarixi və mədəniyyətinin təcəssümüdür.
Lakin müəmmalı bir hadisə hər şeyi dəyişir. Festivalın əsas hissəsi olan musiqiçilər izsiz yoxa çıxır. İndi onların xilaskara ehtiyacı var. Bu xilaskar siz ola bilərsinizmi?

Əbədi Alovun Müdafiəsi
Bakının əfsanəvi “Alov Qüllələri”nin işığı zəifləyir, çünki onları qoruyan əjdaha artıq alov püskürə bilmir. Bu, şəhəri gözlənilməz təhlükəyə atır. Əjdahanın gücünü bərpa etmək üçün Dağüstü Parkda yerləşən Əbədi Məşəli tapmalısınız, lakin bunun üçün yol boyu qarşınıza çıxacaq üç sehrli elementi toplamaq lazımdır.
Elementləri toplayıb Əbədi Məşəli əjdahaya təqdim etdiyiniz an, onun alovu bərpa olacaq.
 in Baku, Azerbaijan, with subtle battle attributes and a more i.webp)
Sehrli Çırağın İradəsi
Sən Qız Qalasının gizli mərtəbələrində sehrli bir çıraq tapırsan. Çıraqdan çıxan cin sənə xəbər verir ki, iradəsi onu yaradan qızın nəzarətindədir və qız qalada dustaqdır. Qızı xilas etmək üçün qədim astroloji simvolları, memarlıq strukturlarını, və tarixi əşyaları deşifrə edərək qızı xilas etməlisən.
Ancaq bu halda cin sənin də arzularını yerinə yetirə bilər.